RS-HORECA Servis mərkəzi tərəfindən göstərilən xidmətlər bir neçə tipə bölünür:

  1. Zəmanət şərtləri daxilində servis - Bizdən alınan və zəmanət verilən bütün növ malların servis baxışıdır. Böyük həcli, daşınması, yığılması və yerləşdirilməsi çox vaxt tələb olunan avadanlıqlara yerində xidmət göstərilir. Digər çəkisi az olan və rahat dışına bilər avadanlıqlara yalnız RS-HORECA Servis mərkəzində xidmət göstərilir.
  1. Profilaktik servis xidmətləri: Müştərinin istəyindən asılı olaraq il ərzində 1-2 dəfə və ya avadanlığın texniki tələbinə uyğun olaraq bir neçə dəfə həyata keçirilir. Baxış keçirilən zaman təyin olunan aşınmalar və ya texniki istifadə müddətini başa vurmuş ehtiyyat hissələri, habelə nasaz hissələrin dəyişilməsi tövsiyyə olunur. Zəmanət şərtlərinə daxil olan hallar bu şərtlər daxilində dəyişilir. Qeyri zəmanət halları isə müştəri ilə razılıq əldə olunduqdan sonra işin icrası həyata keçirilir.
  1. Perfomans yoxlanışı: RS-HORECA-dan alınan hər bir zəmanətli və ya müştərinin özünün zəmanətsiz avadanlığın perfomansının yoxlanılması üçün Bizim mütəxəsissləri dəvət edə bilərsiniz. Bu zaman İstehsalçı standartlarına uyğun olaraq avadanlığın işinin kefiyyət əmsalının praktik yoxlanışı həyata keçirilir. Alınan nəticələr müştəriyə təqdim olunur. Bu zaman işin effektiviliyini qaldırmaq üşün optimallarışdırma tədbirlərinin görülməsi təklif olunur. Xidmət ödənişlidir. Dəyəri - yoxlanılacaq avadanlığın həcmi ilə tanış olduqdan sonra təqdim oluna bilər.
  1. Limitsiz çağırış – bu xidmət sizə 1 il ərzində ortaya çıxan və yerində həlli tələb olunan problemlərin çözümü üçün Sizə münasib vaxtda mütəxəssis çağırışı etmək imkanı verir. Bu növ çağırış bağlanmış müqavilə şərtlərinə uyğun olaraq həllinə başlanılır. Qeyd: müqavilə olmadığı təqdirdə bu zaman 4-6 gündən çox ola bilər.
  1. Müqaviləsiz çağırış – Müştərinin istəyinə uyğun olaraq Servis baxışı, təmiri, sazlama işləri yerində və ya Servis mərkəzində həyata keçirilə bilər. Xidmətin dəyəri: avandalığın tipindən və işə sərf olunan vaxtdan asılı olaraq formalaşır.