Kirayə sifarişinin yerinə yetirməsi şərtləri

Sifarişin qeydiyyatı və yerinə yertirilməsi aşağıdakı bəndlər üzrə həyata keçirilir:

1-ci Bənd

Sifarişin sayt üzərindən (internet-mağaza) qeydiyyatı: Telefonla yalnız məsləhət xarakterli informasiya verilir. Sifarişçi məlumatları diqqətlə yoxlayaraq daxil edir. Daxil edilmiş məlumatların dəqiqliyinə görə müştəri məsuliyyət daşıyır.

2-ci Bənd

Sifarişin sayt üzərindən yığılması və təsdiq məktubu aldıqdan sonra (elektron məktub sayt tərəfindən avtomatik qaydada yaradılır və göndərilir) Bizim menecerlər tərəfindən sifariş listəsi “excel” formatına keçirilir. Bu zaman qaimə-faktura hazırlanır və orada aşağıdakı məlumatlar öz əksini tapır:

  • Girov – Seçilmiş malların qiymətinə uyğun olaraq avtomatik qaydada hesablanır. Bir qayda olaraq məs; 1000 AZN-lik sifarişə , 300 AZN - qoyulan girovun geri qaytarılan məbləğdir.

Bəzi məhsullar 50 % dəyrəində girov lazım olacaq

  • Çatdırılma – Sifarişin həcmindən asılı olaraq formalaşır.

3-cü Bənd

Qaimə-faktura Sizin elektron poçt ünvanınıza göndərilir. Sizin tərəfdən məlumatlar yoxlanılıb eyni qayda ilə təsdiq edilməlidir. Prosses yalnız elektron qaydada aparıla bilər.

Sifarişçi (Siz) və İcraçı (Biz) arasında olan məqamların müzakirəsi.

Təqdim olunan məlumatların dəqiqliyi.

Geri qaytarılan girov məbləği – malın təhvili zamanı İcarə götürən tərəf nağd şəkildə ödəməlidir. Geri ödənilən girov məbləği təhvil alınan malların tam olaraq siyahıya uyğun şəkildə saz vəziyyətdə qaytarılması zamanı müştəriyə ödənilir.

Məhsul zədələndıkdı, sındıqda və ya itdikdə əvvəlcədən təyin olunmuş qiymətə əsasən ödəniş olur. Avadanlığın təmiri zamanı ehtiyyat hissəsinin və xidmətin ödənişi edilməlidir.

İcarəyə götürülmüş malların təhvil və təslim qaydası.

Malların çatdırılması Sifarişçi tərəfindən müqavilədə və razılıqda göstərilən zamanda həyata keçirilir. Çatdırılma vaxtı ilə bağlı dəyişiklik yalnız elektron məktub ilə göndərilməlidir. Quraşdırma və sökülmə işləri ayrıca olaraq tərəflər arasında razılıq əsasındadır. Xusis avadanlıqlar vardır ki, mütləq qaydada icracı tərəfin nümayindəsinin iştirakı ilə həyata keçirilməlidir. Avadanlıqlar kuryer və ya şirkət tərəfindən çatdırılır və yükün boşaldılması Sifarişçi tərəfində edilir. Çatdırılma xidmətinə dair xüsusi qeyd olaraq – avadanlığın boşaldılması və yüklənilməsi bu xidmətə daxil deyil. Şəhər ətrafı yerlərə çatdırılma xidməti bu qayda ilə hesablanır:

Sifarişçi (Siz) və İcraçı (Biz) arasında olan münasibətlərin xüsusi məqamları.

Bankla köçürmə yolu ilə ödənişlər yalnız bu məbləğdən XXX (18%-ƏDV) başlayaraq aparalı bilər.

Nağdsız ödənişlər zamanı sifarişlərin toplam qiymətinin üzərinə onun XX%-i əlavə olunur. Bizim personalın xidmətlərindən istifadə olunarsa XX% əlavə olunur.

Sadaləşdirilmiş vergi ödəyiciləri ilə hesablaşarkən sifarişin ümumi məbləği dəyişməz olaraq qalır. Yalnız personalın xidmətindən istifadə zamanı ümumi məbləğin üzərinə onun XX%-i əlavə edilir.

Bankların plastik kartları ilə ödəniş mümkündür. Taksitli sifariş yalnız Bizim partnyor Bankların xidməti ilə nəzərdə tutulub.

Sənədlərin qeydiyyatı

Bank yolu ilə köçürmə ödənişləri zamanı tələb olunan sənədlər: Azərbaycan Respublikasının Vergi Qanunvericiliyinə uyğun bütün sənədlər.

Nağd ödəniş: Kassa mədaxil orderi.

Sifarişin qeydiyyati və ya dəyişdirilməsi yalnız elektron poçt qutusudan müraciət əsasında həyata keçirilir. Telefon ilə yalnız məsləhət xarakterli məlumat verilə bilər.

Avandalığın və ya malların siyahı üzrə uyğunsuzluğu, defekti, zədələri və s, haqqında etirazlar yalnız müştəriyə (Sifarişçiyə) malların təhvili zamanı keçərlidir. İcraçıya təhvil zamanı bu məlumatların verilməsi keçərli deyil və Şirkət tərəfindən bu müraciətlərə baxılmayacaq.

Bəzi hallarda avadanlıqların standarta uyğun işləməməsi, iş prossesində yaranan istehsalçı qüsurları ( Boyler su axırıdır, qızdırmır və s.) və ya malların konstruktiv defektləri (Stolun ayağının tam bərkidilməsi mümkün deyil, süfrədə az görünən defektlər) aşkarlana bilər. Bu zaman sifarişçi tərəfindən video çəkiliş edilərək Bizim operatorlara təqdim edilir. Bundan sonra qüsurlar təsdiqləndiyi halda müştəridən ödəniş tutulmaya bilər.

Əgər icarədar avadanlıqlardan istifadə edə bilmirsə, bu zaman Bizdən təlim xidmətini sifariş edir. Təlim üçün hesablanan məbləğ, qoyulnan girovdan çıxılır.